11:15 24-08-2021
news_image
167
FUTBOL

Sürpriz lider – tarixində 2-ci dəfə

İngiltərə Premyer Liqasında ikinci turu sürpriz liderin olması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, “Lester”i 4:1 hesabı ilə darmadağın edən “Vest Hem” 1-ci pilləyə yüksəlib.

“Çəkicdöyənlər” eyni xala malik olduqları “Liverpul”, “Çelsi”, “Brayton” və “Tottenhem”i əlavə göstəricilərdə qabaqlayır. “Vest Hem” tarixində ikinci dəfə Premyer Liqada turu lider kimi başa vurub.

İlk belə hadisə 2006-cı ilə təsadüf edib. 2006-cı il avqustun 22-də londonlular zirvədə qərarlaşıb.