11:48 24-08-2021
news_image
236
FUTBOL

“Sinəsi düz olan qadın futbolçuları kişilərlə səhv sala bilərsiz” - prezident

Tanzaniya prezidenti Samiya Suluhu 23 yaşadək kişilərdən ibarət milli komandanı qəbul edib.

Apasport.az saytının məlumatına görə, Afrika ölkəsinin başçısı qadın yığmasından da danışıb.

Suluhu xanım futbolçuların ailə qurmaqda çətinliklə üzləşdiyini vurğulayıb: “Əgər onları bu zala dəvət etsək və bir sıraya düzsək, sinəsi düz olanları kişilərlə səhv sala bilərsiz. Görünür ki, ailə həyatı onlar üçün yalnız xəyaldır. Yığmada ailəli olan futbolçulardan xəbərim var. Lakin o qızlardan bəziləri yəqin ki, heç vaxt ailə qurmayacaq”.

Qeyd edək ki, Suluhu Tanzaniya tarixində ilk qadın prezidentdir.