12:40 24-08-2021
news_image
140
FUTBOL

Yeni baş məşqçisinin adı açıqlandı - Namik Ələskərovun

Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun yeni transfer olunduğu komandanı Fatih Təkkə çalışdıracaq.

44 yaşlı mütəxəssis ilk turdan sonra istefaya göndərilən Mustafa Eri əvəzləyib. I liqa təmsilçisi onunla 1+1 il şərtilə müqavilə imzalayıb. Təkkənin son iş yeri “İstanbulspor” olub.

Qeyd edək ki, “Neftçi”dən problemlə ayrılan Namik yeni komandasında hələ debüt edə bilməyib.