12:56 24-08-2021
news_image
165
FUTBOL

Yeni baş məşqçi axtarır – “Arsenal”

İngiltərənin “Arsenal” klubu baş məşqçi Mikel Artetanı istefaya göndərməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, ilk iki turda alınan quru hesablı məğlubiyyətlər klub rəhbərliyini dəyişikliyə vadar edir.

London təmsilçisinin namizədliyini nəzərdən keçirdiyi məşqçilərin siyahısı da bəlli olub. “Arsenal” Artetanı 6 namizəddən biri ilə əvəzləyə bilər.

Bu siyahıda Paulu Fonseka (son iş yeri - “Roma”), Antonio Konte (son iş yeri - “İnter”), Eddi Hau (son iş yeri – “Bornmut”), Brendan Rocers (hazırkı klubu - “Lester”), Ralf Hazenxyuttl (hazırkı klubu – “Sauthempton”) və Belçika millisini çalışdıran Roberto Martinesdir. 

Növbəti turun avqustun 28-dəki matçında “Arsenal” “Mançester Siti” ilə görüşəcək. Bu qarşılaşma Arteta üçün sonuncu ola bilər.

Qeyd edək ki, 2019-cu ildən “Arsenal”ı çalışdıran mütəxəssisin müqaviləsi 2023-cü ildə başa çatacaq.