13:14 24-08-2021
news_image
179
FUTBOL

Səfər proqramı açıqlandı - “Qarabağ”ın

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanacaq. 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 24-ü yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. “Qarabağ”ın son məşqi isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" matçı avqustun 26-da "Pittodri" stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.