00:31 25-08-2021
news_image
170
FUTBOL

Yarımmüdafiəçisinə klub axtarır - PSJ

Heyətini ulduz futbolçularla gücləndirən PSJ daha bir oyunçusu ilə vidalaşacaq.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi yarımmüdafiəçi Rafinya ilə yollarını ayırmağa qərar verib.

Parislilər onun üçün münasib klub axtarır. Fransalılar 28 yaşlı oyunçunu icarəyə göndərməklə maaş cədvəlini yüngülləşdirmək istəyindədir.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Rafinyanın A seriyası klublarından birinə keçəcəyi gözlənilir.