13:41 24-08-2021
news_image
718
FUTBOL

Azərbaycan klubları baş məşqçilərinə nə qədər maaş verir? – SİYAHI

Azərbaycan Premyer Liqasında çıxış edən komandalara rəhbərlik edən məşqçilərin aldıqları əmək haqları bəlli olub. 

Apasport.az xəbər verir ki, “sportlife”nin araşdırmasına əsasən, çalışdırıcılarına ən çox maaş verən klub “Qarabağ”dır. 

Qurban Qurbanovun aylıq maaşı 60 min manatdır.

Sizi Azərbaycan Premyer Liqasının bütün baş məşqçilərinin aylıq qazancları ilə tanış edirik:

Qurban Qurbanov (“Qarabağ”) – 60 min manat
Samir Abasov (“Neftçi”) – 15 min manat
Rəşad Sadıqov (“Zirə”) – 15 min manat
Ayxan Abbasov (“Sumqayıt”) – 7000 manat
Ramin Quliyev (“Sabah”) – 5000 manat
Aftandil Hacıyev (“Səbail”) – 4000 manat
Sənan Qurbanov (“Keşlə”) – 5000 manat
Elmar Baxşıyev (“Qəbələ”) – 5000 manat