14:33 24-08-2021
news_image
200
FUTBOL

Fan-şopda iş tapdı - “Neftçi”nin sabiq qapıçısı

“Neftçi”nin sabiq qapıçısı Tomaş Bobbelin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, polşalı futbol veteranı Almaniyada “Bayer”in fan-şopunda işləyir.

Bunu Bobbelin özü açıqlayıb: “Karyeramı bitirəndən sonra aşağı liqaların birində qapıçılarla işləyən məşqçi idim. Yeni mağazalar şəbəkəsi açan “Bayer” mənə iş təklif etdi. Onlar bu sahədə təhsil aldığımı bilirdilər. Əvvəl bunun azarkeşlər üçün xoş olmayacağını düşünsəm də, razılaşdım. İndi malları sifariş edirəm, klub formaları, suvenirlər, biletlər satıram. Bəzən stadionda da işim olur”.

2009-cu ildə “Neftçi”də oynamasını xatırlayan Bobbel Bakıdan “Bayer”ə transferinin faydasını qeyd edib: “Aue”də özümü yaxşı tərəfdən göstərdim. Qısamüddətli Azərbaycan, “Neftçi” macərasından sonra “Bayer”lə müqavilə imzaladım. Ehtiyat qapıçı olduğum komandada Toni Kroos, Mixael Ballak kimi ulduzlar var idi. Baş məşqçimiz isə Yupp Haynkes idi”.