16:21 24-08-2021
news_image
483
FUTBOL

De Byazi nəyi bəyənib? – namizədlərində

Azərbaycan millisi sabah yoxlama xarakterli təlim-məşq toplanışına başlayacaq.

Apasport.az saytının məlumatına görə, üç gün ərzində 20 futbolçu hazırlıq keçəcək.

Baş məşqçi Canni de Byazi Konfrans Liqasında mübarizə aparan “Neftçi” və “Qarabağ”ın futbolçularının xidmətindən məhrumdur. Ölkə xaricində çıxış edən oyunçular isə FİFA qaydalarına uyğun şəkildə - rəsmi matçdan 4 gün əvvəl komandaya qoşula biləcək.

15-ə yaxın aparıcı futbolçunun yoxluğunda de Byazi Premyer Liqanın ilk iki turunu izləyərək 20 nəfərə dəvət göndərib. Onların ilk turlarda nə ilə diqqət çəkməsi maraqlıdır.

Çempionatın lideri “Sumqayıt” 7 futbolçu ilə toplanışda təmsil olunacaq. Bu komanda istənilən yerdə qərarlaşanda belə de Byazinin fikri dəyişmir və sumqayıtlılar yalnız “Qarabağ” üzvlərindən az olur.

Altı klubun hamısından (avrokubokda oynayanlarsız) futbolçu çağıran italiyalı autsayderləri də unutmayıb. Son pillədəki “Sabah” 4, “Keşlə” 3 üzvünü toplanışa göndərəcək. Autsayderin yalnız “Sumqayıt”dan geri qalması da diqqət çəkir. Görünür qola və xala həsrət komanda de Byazinin ürəyini oxşayan oyun sərgiləyib.

Ayrı-ayrı futbolçulara gəlincə, ilk turu buraxan Elvin Bədəlovdan başqa bütün oyunçular 2 matça çıxıb. Onlardan səkkizi hər iki görüşü əvəzolunmadan keçirib.

Milli üzvləri 5 qol vurub, 8 sarı, 1 qırmızı vərəqə alıb. Ən ağır cəza Şəhriyar Əliyevin payına düşür. Qapıçı Mehdi Cənnətov startda üç qol buraxıbsa, həmkarı Aydın Bayramov qapısını toxunulmaz saxlayıb.

Aydın Bayramov

Sumqayıt

5 dəq

90 dəq

Əli Qurbani

Sumqayıt

90 dəq

90 dəq, 1 qol

Elvin Bədəlov

Sumqayıt

-

90 dəq

Hoccət Haqqverdi

Sumqayıt

90 dəq, 1 sarı

90 dəq

Murad Xaçayev

Sumqayıt

(30) dəq

68 dəq

Rəhim Sadıxov

Sumqayıt

90 dəq, 2 qol, 1 sarı

83 dəq

Vüqar Mustafayev

Sumqayıt

90 dəq, 1 sarı

90 dəq

Rövlan Muradov

Qəbələ

90 dəq

82 dəq

Ülvi İsgəndərov

Qəbələ

(30) dəq, 1 qol

(8) dəq

Turan Manafov

Səbail

90 dəq

85 dəq

Mehdi Cənnətov

Zirə

90 dəq, -1 qol

90 dəq, -2 qol

Sərtan Taşkın

Zirə

90 dəq, 1 sarı

90 dəq

Təmkin Xəlilzadə

Zirə

90 dəq, 1 qol/pen

90 dəq

Azər Salahlı

Keşlə

90 dəq

90 dəq, 1 sarı

Rəhman Hacıyev

Keşlə

90 dəq

62 dəq

Şəhriyar Əliyev

Keşlə

90 dəq

89 dəq, 1 sarı, 1 qırmızı

Elvin Camalov

Sabah

90 dəq

90 dəq

Bəxtiyar Həsənalızadə

Sabah

90 dəq

90 dəq, 1 sarı

Amin Seydiyev

Sabah

(62) dəq, 1 sarı

90 dəq, 1 sarı

Coşqun Diniyev

Sabah

64 dəq

71 dəq