15:23 24-08-2021
news_image
179
FUTBOL

Futbolçusuna 1 milyard qiymət qoydu – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Federiko Valverde ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ilə anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Onun komandadan getməsi üçün tələb olunan məbləğ kimi 1 milyard avro göstərilib. Bu o deməkdir ki, 2016-cı ildən Madrid təmsilçisində çıxış edən Valverdeni almaq istəyən klub bu məbləği ödəməlidir.

Qeyd edək ki, Federiko 5 il əvvəl Uruqvay “Penlayrol”undan transfer olunub.