16:00 24-08-2021
news_image
211
FUTBOL

Heyətini açıqladı - yığmamızla oyun üçün

Avstriya U-21 yığmasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan avstriyalılar sentyabr oyunlarının heyətini müəyyənləşdirib.

Baş məşqçi Verner Qreqoriç ayın 3-də Norveç, 7-də Azərbaycana qarşı matçlarda aşağıdakı heyətə güvənəcək:

Qapıçılar: Lukas Qutlbauer (FAC), Niklas Hedl (“Rapid”), Belmin Yençiragiç (“Flyeralarm Admira”);

Müdafiəçilər: David Affenqruber (“Puntiqamer Şturm”), Emanuel Ayvu (“Flyeralarm Admira”), Yonas Auer (“Rapid”), Flavius Daniliuç (“Nitsa”, Fransa), Niklas Qeyrhofer (“Puntiqamer Şturm”), Leo Qreyml (“Rapid”), Kristof Klarer (“Fortuna”, Almaniya), David Nemet (“Mayns”, Almaniya), Lukas Sulzbaxer (“Rapid”);

Yarımmüdafiəçilər: Tyerno Ballo (“Çelsi”, İngiltərə), Vesel Demaku (“Avstriya”), Aleksander Prass (“Puntiqamer Şturm”), Romano Şmid (“Verder”, Almaniya), Nikolas Seyvald (“Zalsburq”), Matteus Taferner (“Pellets”), Patrik Vimmer (“Arminiya”, Almaniya);

Hücumçular: Junior Adamu (“Zalsburq”), Tobias Anselm (“Tirol”), Luka Kronberger (“Flyeralarm Admira”), Tomas Sabitzer (“Tirol”).