00:57 25-08-2021
news_image
174
FUTBOL

Azərbaycanla oyun üçün “24-lüy”ü - Xorvatiyanın

Xorvatiyanın U-21 millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsinin ilk iki matçına 24 futbolçu çağırılıb.

Baş məşqçi İqor Biscan Azərbaycan və Finlandiya ilə görüşlərdə bu oyunçulara şans verəcək. Balkanlılar sentyabrın 2-də millimizlə, beş gün sonra şimallılarla qarşılaşacaq.

Qapıçılar: Dominik Kotarski (“Qoritsa”), İvor Pandur (“Verona”), Nikola Çavlina (“Dinamo”);

Müdafiəçilər: Boşko Şutalo (“Atalanta”), David Çolina (“Hayduk”), Mario Vuşkoviç (“Hayduk”), Bartol Franjiç (“Dinamo”), Kreşimir Krizmaniç (“Qoritsa”), Nikola Soldo (“Lokomotiva”), Yosip Stanişiç (“Bavariya”), Yosip Şutalo (“Dinamo”);

Yarımmüdafiəçilər: Martin Baturina (“Dinamo”), Marko Bulat (“Dinamo”), Denis Buşnya (“Riyeka”), Lukas Kaçavenda (“Lokomotiva”), Adrian Liber (“Riyeka”), Yuritsa Prşir (“Qoritsa”), Luka Suşiç (“Zalsburq”);

Hücumçular: İvan Dolçek (“Hayduk”), Antonio Marin (“Şibenik”), Stipe Biuk (“Hayduk”), Marco Paşaliç (“Borussiya” D), Roko Şimiç (“Zalsburq”), Marin Lyubiçiç (“Hayduk”).