17:18 24-08-2021
news_image
207
FUTBOL

Monteneqro yığmasına çağırıldı - “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro yığmasına çağırılıb.

Apasport.az saytının məlumatına görə, müdafiəçi millisinin sentyabrda keçiriləcək seçmə oyunları üçün açıqlanan heyətdə yer alıb.

Baş məşqçi Miodraq Raduloviç “Qarabağ”ın üzvünü qarşıdakı üç matç üçün dəvət edib. Onun komandası Türkiyə, Niderland və Latviya ilə görüşəcək.

Qeyd edək ki, Markonun komandası DÇ-2022-nin oyunları sentyabrın 1-də Türkiyə, 4-də Niderlandla səfərdə, 7-də Latviya ilə evdə görüşəcək.