17:37 24-08-2021
news_image
221
FUTBOL

Hər ikisi eyni saatda – millimizin oyunu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi iki ev oyununun başlanma saatı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında keçirəcəyi ilk qarşılaşmalar eyni saatda başlayacaq.

Millimiz oktyabrın 8-də Finlandiya, oktyabrın 12-də isə Xorvatiya komandasını qəbul edəcək. Hər iki qarşılaşma saat 20:30-da başlayacaq. Bu matçlar Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.