20:06 24-08-2021
news_image
327
TOKİO-2020

Paralimpiadanın açılış mərasimi keçirildi - Tokio-2020

Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının  açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.

Paraddan Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 12 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla 19 nəfər keçib.

Komamdamız parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.

Milli Paralimpiya komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə  təmsil edəcək. Yarışa komandamızdan ilk olaraq pauerliftinqçimiz  Pərvin Məmmədov (26 avqust) qoşulacaq.