21:30 24-08-2021
news_image
316
FUTBOL

Ronaldonu PSJ-yə gətirdi – klub sahibinin qardaşı

PSJ-nin sahibi Şeyx Tamim Bin Hamad Al-Taninin qardaşı Şeyx Tani Bin Hamad Bin Xalifa Al-Tani növbəti paylaşımı ilə futbol dünyasının diqqət mərkəzinə düşüb.

Apasport.az saytıtnın məlumatına görə, qətərli Kriştiano Ronaldonun Fransa klubuna keçidinə eyham vurub.

Klub sahibinin qardaşı özünün rəsmi tvitter paylaşımı ilə diqqət çəkib. O, Ronaldonun Lionel Messi ilə birlikdə PSJ formasındakı şəklini paylaşıb və “Ola bilər?” ifadəsini yazıb.

Maraqlıdır ki, ayın əvvəlində Messinin keçidini də ilk olaraq sahibkarın qardaşı paylaşmışdı.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun İtaliya “Yuventus”u ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.