21:56 24-08-2021
news_image
221
FUTBOL

“Araz-Naxçıvan” ikinci oldu – gözü digər qruplarda

Futzal üzrə Çempionlar Liqası davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə son oyununu keçirib.

Joze Alesionun yetirmələri Latviyada təşkil olunan F qrupunun III turunda yerli “Raba” ilə görüşüb. Matçın gedişində bir neçə dəfə məğlub duruma düşən təmsilçimiz sonda əzmkar qələbə qazana bilib. Lakin top fərqinin az olması “Araz-Naxçıvan”ın birinci yer şansının üstündən xətt çəkib.

Qrupun digər oyununda Cəbəllütariq “Europa”sı ilə görüşən “Kampuksen Dinamo” 14:3 hesablı darmadağına sevinib. Bu, Finlandiya klubunu qrup qalibi kimi növbəti mərhələyə daşıyıb.

Qrupumuzda ikinci olan “Araz-Naxçıvan”ın taleyi mərhələnin bitməsindən sonra bəlli olacaq. Ən yaxşı qrup ikincisi də əsas mərhələyə vəsiqə qazanacaq.

Çempionlar Liqası
İlkin mərhələ, III tur
F qrupu, 24 avqust
20:00. “Raba” (Latviya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 4:8
Qollar:
Ar.Kuļeşovs, 11:29, Boqdanovs, 15:03, Yakovļevs, 20:54, Strazdiņş, 29:23//Maneka, 0:24, 32:20, Felipinyo, 18:16, Bağırov, 22:30, 32:40, Atayev, 23:33, Çovdarov, 26:00 (p), 29:37

1

Kampuksen D.

3

2

1

0

23-7

7

2

Araz N.

3

2

1

0

21-10

7

3

Raba

3

1

0

2

12-16

3

4

Europa

3

0

0

3

8-31

0