09:28 25-08-2021
news_image
125
FUTBOL

Rəqibləri nə vaxt bəlli olacaq? - “Araz-Naxçıvan”ın

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində 8 qrupdan yeddisində mübarizə başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu qrupların qalibləri əsas mərhələyə yüksəlib.

Oyunları bu gün baş tutacaq qrupun nəticələrindən asılı olmayaraq, ən yaxşı ikinci yer sahibi də bəlli olub. Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” bu vəsiqəni sahibi olub.

Ən yaxşı qrup ikincisi olan Joze Alesionun yetirmələrinin əsas mərhələdəki rəqibləri avqustun 30-da keçiriləcək püşkatmada müəyyənləşəcək. Təmsilçimizdən başqa, “Diamant” (Avstriya), FON (Serbiya), “Haladaş” (Macarıstan), “Hammarbü” (İsveç), “Kampuksen Dinamo” (Finlandiya), “Liqeni” (Kosovo), “Luksol” (Malta) əsas mərhələyə yüksəlib.