09:30 25-08-2021
news_image
266
FUTBOL

Avropada rekorda şərik çıxdı – Fərzəliyev

Çempionlar Liqasının ilkin mərhələsində bu gün son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev Avropa rekordunu təkrarlayıb.

Apasport.az azfutzal.az-a istinadən xəbər verir ki, futzalçımız Lusionun rekorduna təkrarlamaqla yadda qalıb. 

Həm də millimizin kapitanı olan Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 6 oktyabr 2003-cü ildə bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. 

Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb. UEFA-nın rəsmi səhifəsi də Rizvanın Lusionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu qarşılaşmada 8:4 hesablı qələbə qazanıb.