10:44 25-08-2021
news_image
225
FUTBOL

Bir qol buraxacaq? – “Neftçi” və “Qarabağ”

Sabah Azərbaycanın iki klubu avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, “Neftçi” Hayfada “Makkabi”nin, “Qarabağ” Şotlandiyada “Aberdin”in qonağı olacaq.

İndiyədək komandalarımız avqustun 26-da üç matç keçirib. Bu tarixdəki hər oyunda eyni sayda – 1 qol buraxmışıq.

Bunlardan ikisində 0:1 hesablı məğlubiyyət qeydə alınıb. Üzülənlər məhz “Neftçi” ilə “Qarabağ” olub. Yeganə qələbə də ağdamlıların aktivindədir.

Azərbaycan klublarının avqustun 26-dakı avrokubok oyunları
26 avqust 1999  “Srvena Zvezda” (Yuqoslaviya) - “Neftçi” - 1:0
26 avqust 2010. “Qarabağ” - “Borussiya” (Dortmund, Almaniya) - 0:1
26 avqust 2020. “Qarabağ” – “Şerif” (Moldova) – 2:1