11:01 25-08-2021
news_image
139
STOLÜSTÜ OYUNLAR

Yenidən Avropa Kubokunda - “Vüqar Həşimov” klubu

“Vüqar Həşimov” klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa Kubokunda iştirak edəcək. 

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, klubunun heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymanlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıqov, Murad İbrahimli yer alacaq. 

Komandanın kapitanı FIDE məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku 17-25 sentyabrda Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunacaq. Pandemiyaya görə yarış 2020-ci ildə keçirilməyib.