13:05 25-08-2021
news_image
704
DİGƏR NÖVLƏR

İttiham olunduğu iş üzrə dinləmələr başlayır – azərbaycanlı Olimpiya çempionunun

“Sabah analiz dəyişməklə bağlı ittiham olunduğum iş üzrə dinləmələr olacaq. Yanvardan başlayaraq bizim federasiya vəkillər komandası ilə birlikdə mənim təmiz atlet adımı qorumaq üçün çalışır”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan ağırlıqqaldıranı Nicat Rəhimov instaqram səhifəsində yazıb.

Azərbaycan ağır atletikasının yetirməsi olan Rio-2016-nın çempionu antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiyasını ədalətsiz hesab edir. Rəhimov haqqını bərpa edəcəyinə ümidvar olduğunu bildirib: “Mənə indi bunu yazmaq asan deyil. Amma sizin dəstəyiniz heç vaxt olmadığı qədər lazımdır. Dinləmələrin nəticəsinin necə olacağı yalnız Allaha məlumdur. Məni diskvalifikasiya edəcəklər, ya olimpiya mükafatından məhrum edəcəklər, bunları bilmirəm. Amma bir şey demək istəyirəm – həmişə qaydalarda yazıldığı kimi davranmışam. Testin necə aparıldığı isə bunu gerçəkləşdirən və sifariş edənlərin vicdanına yazılacaq”.

Nicat Olimpiada zamanı orqanizmində dopinq olmadığını iddia edir: “Olimpiada zamanı və yarışdan əvvəl verdiyim testlərdə heç bir pozuntu aşkarlanmadı. 5 il keçəndən sonra mənə hansısa sualların qalması ədalətli deyil. Ağır atletika bütün həyatımın işidir, çətin işdir. Amma mən heç vaxt seçimimə peşman olmamışam. Özümə, bu idmana və məni bu illər ərzində əhatə edən hər kəsə hörmətlə yanaşıram. Əminəm ki, siz təkcə triumf vaxtı deyil, indi də asan olmayan vaxtda da məni dəstəkləyirsiz. Bu sınaqdan çıxmalıyam. Məndə davam etməyə, özüm üçün, sizin üçün, Qazaxıstan üçün qalib gəlməyə gücüm var. Mən sizinləyəm”.