00:00 26-08-2021
news_image
132
FUTBOL

“İnter”in təklifini rədd etdi – almaniyalı hücumçu

Almaniya millisinin futbolçusu Timo Verner karyerasını İtaliyada davam etdirməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Çelsi”sinin hücumçusu “İnter”dən gələn təklifi qəbul etməyib.

Milanlılar London klubunun üzvünü transfer etmək niyyətində olub. Amma oyunçunun özü komandasını dəyişməyə razılaşmayıb.

Qeyd edək ki, Timonun müqaviləsi 2025-ci ildə başa çatacaq.