14:17 25-08-2021
news_image
156
FUTBOL

Məşqi yarımçıq tərk etdi - Ronaldo

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo komandanın məşqini yarımçıq tərk edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu bugünkü səhər məşqini sona çatdıra bilməyib.

Buna forvardın zədəsi səbəb olub. Əlində xəsarət olan Ronaldo məşq etməkdə çətinliklə üzləşib.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusunun transfer pəncərəsinin sonuna qədər Turin klubunu tərk edəcəyi barədə xəbərlər yayılıb.