14:29 25-08-2021
news_image
134
FUTBOL

Futbolçuların yığmaya buraxılmamasına dəstək – La Liqadan

İspaniya La Liqası futbolçuların klubları tərəfindən milli komandalara buraxılmamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurum DÇ-2022-nin seçmə oyunları zamanı belə addım atacaq klublar dəstək verəcəyini açıqlayıb.

La Liqa nümayəndələri belə qənaətdədir ki, oyunçuların beynəlxalq matçlarda iştirakı indiki durumda məqsədəuyğun deyil. Yaxın günlərdə La Liqa rəhbərliyi bundan zərər çəkən klubların nümayəndələri ilə görüşəcək. Hazırda 13 müxtəlif klubun 25 futbolçusu öz yığmasına dəvət alıb.

Qeyd edək ki, daha öncə İngiltərə Premyer Liqası futbolçuların qırmızı siyahıya salınan ölkələrdəki oyunlara getməməsi barədə qərar qəbul edib.