15:05 25-08-2021
news_image
133
FUTBOL

“Gent” – “Rakov” oyununa təyinat aldı - Əliyar Ağayev

FİFA referisi Əliyar Ağayev və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik növbəti təyinat alıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz beynəlxalq matçlarda iş başında olacaq.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” (Belçika) – “Rakov” (Polşa) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş avqustun 26-da Belçikada keçiriləcək.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Ukrayna oyununun hakim-inspektoru Fritz Stuxlik olacaq. Bu matç sentyabrın 1-də Nur-Sultan şəhərindəki “Astana Arena”da baş tutacaq.