15:12 25-08-2021
news_image
339
FUTBOL

Azərbaycanla oyuna 25 futbolçu çağırdı – Lüksemburq yığması

Lüksemburq millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq “cırtdan ölkə” təmsilçisinə 25 futbolçu çağırılıb.

Baş məşqçi Lük Holts bu oyunçulara iki matçda güvənəcək. Lüksemburqlular sentyabrın 1-də Azərbaycanla seçmə, 7-də Qətərlə yoxlama matçında qüvvəsini sınayacaq.

Qapıçılar: Tim Kips, Antoni Moris, Ralf Şon;

Müdafiəçilər: Dirk Karlson, Maksim Şano, Eldin Dzoqoviç, Lauren Yans, Enes Mahmutoviç, Marvin Martins, Mika Pinto, Erik Veyqa;

Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, kris Filips, Dioqo Pimentel, Timoti Rupil, Daniel Sinani, Aldin Skenderoviç, Olivye Til, Sebastyan Til;

Hücumçular: İvandro Borqes, Mauris Devil, Edvin Muratoviç, Jerson Rodriges.