16:51 25-08-2021
news_image
266
FUTBOL

Karyerasını 29 yaşında bitirir – millinin sabiq futbolçusu

İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşir karyerasını bitirmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 29 yaşında bu addımı atmaq istəyir.

Futbolçu bunu klubsuz qalması ilə izah edib. Son klubu “Bornmut” olan Uilşir azad agent statusuna malikdir.

Özünə komanda tapa bilməməsi onu sevimli idman növü ilə vidalaşmağa məcbur edir: “Hər gün yuxudan oynananda fikirləşirsən ki, özünü məşqdə çalışdırıcıya göstərəsən. Amma məndə beləsi yoxdur. Oyanıram ki, bir az məşq edim. Hər gün tək məşq edirəm. Özümə motivasiya verirəm. Arada sual da verirəm ki, niyə bunu edirəm? Buna görə də karyeramı bitirmək barədə düşünürəm”.

Qeyd edək ki, uzun illər “Arsenal”da oynamış Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.