17:14 25-08-2021
news_image
606
FUTBOL

Geryenin “Qarabağ”dan getdiyindən xəbərsizdirlər – Haitidə

Haiti milli komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrda keçiriləcək yoldaşlıq oyunlarına çağırılan heyətdə “Qarabağ” və “Neftçi”də oynamış Donald Geryenin də adı var.

Bu ölkədən olan həmkarlarımız müdafiəçinin hələ də Azərbaycanda çıxış etdiyini düşünür. Elə bu üzdən də Donald qışda ayrıldığı “Qarabağ”ın futbolçusu kimi təqdim olunub.

Qeyd edək ki, Haiti yığması sentyabrın 1-də Bəhreyn, 4-də İordaniya ilə qarşılaşacaq.