13:48 09-09-2008
news_image
561
DİGƏR NÖVLƏR

Vüqar Ələkbərov məhkəmədə ifadə verdi

Bakı - APA-Sport. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. “APA-Sport”un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittihamı elan edib, məhkəmə istintaqı başlayıb. Zərərçəkmiş məhkəmə prosesinə gəlmədiyindən şahidlər dindirilib.

Daha sonra təqsirləndirilən Ələkbərov sərbəst ifadə verib. Olimpiya mükafatçısı deyib ki, Kənan Quliyevin ona borcu olub, vermədiyinə görə isə borcunu istəyib. 27 yaşlı idmançı ibtidai istintaqa verdiyi ifadəni təkzib edib.

Qeyd edək ki, Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Boksçu iş adamı Kənan Quliyevi hədələyərək, 10 min dollar tələb etməkdə təqsirləndirilir. O, bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.