10:03 26-08-2021
news_image
112
FUTBOL

Azərbaycanla oyunu buraxacaq – koronavirusa yoluxdu

İrlandiya millisinin futbolçusu Kallum Robinson sentyabrda keçiriləcək seçmə oyunlarında iştirak edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna hücumçunun koronavirusa yoluxması səbəb olub.

Robinsonun xəstələnməsini çıxış etdiyi İngiltərə təmsilçisi “Vest Bromviç” açıqlayıb. Robinson digər komanda yoldaşı ilə birlikdə təcrid olunaraq karantinə alınıb. 

Pandemiya dövründə ikinci dəfə yoluxan forvard Portuqaliya və Azərbaycanla görüşləri buraxmalı olacaq. O, ötən il İngiltərə, Uels və Finlandiya ilə görüşlərdə də koronavirus səbəbindən yığmadan kənar qalmışdı.