10:45 26-08-2021
news_image
105
FUTBOL

Cəzanı yüngülləşdirdi - FİFA

FİFA-nın İntizam Komitəsi Meksika Futbol Federasiyasının cəzasını yüngülləşdirib. 

Apasport.az saytının məlumatlına görə, bunu FİFA açıqlayıb.

Azarkeşlərin qeyri-etik şüarlar səsləndirməsi üzündən şimali amerikalıların yığması iki oyunu tamaşaçısız keçirməli idi. FİFA bu cəzanın bir oyuna endirilməsini məqsədəuyğun sayıb.

Qeyd edək ki, azarkeşlər Olimpiya Təsnifat Turnirinin Dominikan Respublikası və ABŞ-la qarşılaşmalarında qeyri-etik davranıblar. Meksika Futbol Federasiyası 60 min İsveçrə frankı cərimələnib. Bununla da yalnız Yamayka ilə sentyabrın 3-də keçiriləcək DÇ-2022-nin seçmə oyunu boş tribunalar önündə baş tutacaq.