11:08 26-08-2021
news_image
124
FUTBOL

Maaş tələbi – Harri Keyndən

İngiltərənin “Tottenhem” klubu futbolçusu Harri Keynlə danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu müqavilə şərtlərinin yaxşılaşdırılmasını tələb edir.

Komandada qalmağa razılıq verən Keyn həftəlik qazancının 400 min funt sterlinqə çatdırılmasını istəyir. Bir il əvvəl maaşı qaldırılan futbolçu hazırda həftəyə 300 min qazanır.

Qeyd edək ki, Harrinin klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.