11:26 26-08-2021
news_image
255
DİGƏR NÖVLƏR

Yığmamızın bayraqdarı bəlli oldu - MDB Oyunlarında

Azərbaycan nümayəndə heyətinin Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimindəki bayraqdarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

O, ötən həftə Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi olub. 67 kq çəkidə çıxış edən Cəfərov turnirin finalında  erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb. 

Qeyd edək ki, açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.