11:38 26-08-2021
news_image
466
FUTBOL

Uçurum – millimizi gözləyir

Milli komandaların FİFA reytinqi ilə bağlı proqnozlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutacaq görüşlərdə daha real hesab olunan nəticələr əsasında ehtimallar cədvəli tərtib olunub.

Ekspertlər Azərbaycan yığmasının DÇ-2022-nin sentyabrda keçiriləcək seçmə oyunlarının hamısında uduzacağını düşünür. Proqnozlara əsasən, Canni de Byazinin yetirmələri səfərdə Lüksemburqla İrlandiyaya, evdə Portuqaliyaya məğlub olacaq.

Proqnozlar özünü doğrultsa, millimiz 20 xal itirəcək və FİFA reytinqində 8 pillə geriləyəcək. 120-ci sıraya yuvarlanmaq təhlükəsi olan komandanın aktivində 1146 xal qalacaq. Gözlənilən nəticələr qeydə alınsa, Tailand, Malavi, Yeni Zelandiya, Sudan, Niger, Tacikistan, Mozambik və Farer adaları uçuruma yuvarlanan yığmamızı keçəcək.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik gözlənilmir. Belçika (1832), Braziliya (1822) və Fransa (1779) ön sıralarda qalacaq.