12:06 26-08-2021
news_image
133
FUTBOL

Braziliya millisinin rəmzi komandasında – yığmamızın sabiq baş məşqçisi

Braziliya millisinin tarixinin ən rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) “pentakampeonlar”ın üç rəmzi “11-liy”ini müəyyənləşdirib.

Zəngin tarixə malik komandanın A, B və C yığmaları bəlli olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres müdafiənin mərkəzində yer alıb.

Taffarel, Roberto Karlos və Romario yalnız ikinci heyətə düşüb. Neymara isə heç bir komandada yer tapılmayıb. 

A yığması
Qapçı:
Jilmar;
Müdafiəçilər: Kafu, Karlos Alberto, Dominqos da Quya, Nilton Santos;
Yarımmüdafiəçilər: Didi, Ziko;
Hücumçular: Qarrinça, Ronaldinyo, Pele, Ronaldo
 
B yığması
Qapıçı:
Klaudio Taffarel;
Müdafiəçilər: Calma Santos, Aldair, Luis Pereyra, Roberto Karlos;
Yarımmüdafiəçilər: Paulo Roberto Falkao, Sokrates;
Hücumçular: Jairzinyo, Romario, Zizinyo, Roberto Rivellino

C yığması
Qapıçı:
Emerson Leao;
Müdafiəçilər: Dani Alves, Hilderaldo Luis Bellini, Lusio, Junior;
Yarımmüdafiəçilər: Jerson, Rivaldo;
Hücumçular: Julinyo, Artur Fridenreyx, Leonidas, Pepe