12:35 26-08-2021
news_image
190
FUTBOL

“Neftçi” və “Qarabağ” – Kim favoritdir?

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Neftçi” və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində səfərdə keçirəcəyi cavab matçlarının da favoritlərini müəyyənləşdirib.

“Neftçi” İsraildə “Makkabi”si (Hayfa) ilə üz-üzə gələcək. Matçda daha şanslı olan meydan sahiblərinin qələbəsi 1,32, bakılıların uğuru 8,10 əmsaldır. Heç-heçəyə pul qoyuluşu da eyni - 5,10 ilə qəbul olunur.

“Aberdin”in qəbul edəcək “Qarabağ” da şanslı sayılmır. Şotlandiyada baş tutacaq matçda Ağdam klubunun qələbəsi 3,42, rəqibin uğuru 2,18 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,18 əmsal verilib.

Qeyd edək ki, “Neftçi”nin matçı Bakı vaxtı ilə saat 21:00-da, “Qarabağ”ın oyunu saat 22:45-də başlayacaq.