16:21 26-08-2021
news_image
303
TOP OYUNLARI

“Mənim üçün bu insanlarla yol qət etmək şərəfdir” – millimizin voleybolçusu

“Bütün bu aylar ərzində yığmada olan hər kəsə təşəkkür edirəm. Hər məşq, hər oyun, hər saniyə üçün çox sağ olun”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Baydyuk deyib.

Milliləşən legioner paylaşımında AVRO-2021-də biabırçı çıxış edən yığmamızın heyətində olduğu üçün hər kəsə təşəkkürünü bildirib: “Bu şans üçün təşəkkürlər. Mənim üçün bu komanda, bu insanlarla yol qət etmək şərəfdir. Hələ hər şey irəlidədir. Özümüzə inanıram”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində keçirdiyi 5 oyununda uduzan millimiz yalnız bir set qazana bilib.