12:56 26-08-2021
news_image
105
FUTBOL

“Qəbələ” və “Neftçi”ni cəzalandırdı - AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının II turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Keşlə” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 800 manat cərimələnib.

“Zirə” ilə səfər matçında 5 futbolçusu sarı vərəqə alan “Neftçi”nin də cəzası eyni olub.