13:29 26-08-2021
news_image
119
FUTBOL

“Barselona”dan gedir - qapıçısı

İspaniyanın “Barselona” klubunun qapıçısı Neto karyerasını La Liqasının digər komandasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı braziliyalının xidmətində “Vilyarreal” maraqlıdır.

Onun keçidi ilə bağlı danışıqlara start verilib. Cənubi amerikalı klubunu dəyişməyə razılaşıb.

Qeyd edək ki, transfer çərçivəsində “Vilyarreal”ın qapıçısı Serxio Asenhonun “Barselona”ya keçidi gözlənilir.