14:11 26-08-2021
news_image
119
FUTBOL

Azərbaycanla matç üçün hədəfini açıqladı – Stiven Kenni

“Daim kamilləşmək istəyirik. Səhvlərimiz də olub. Bunları aradan qaldırmağa çalışırıq”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stiven Kerri deyib.

O, DÇ-2022-nin sentyabrdakı seçmə oyunlarına həsr olunan mətbuat konfransında çıxış edib. Mütəxəssis Portuqaliya, Azərbaycan və Serbiya ilə matçlara iddialı yanaşdıqlarını bildirib: “Macarıstanla oyundakı uğuru davam etdirmək istəyirik. Portuqaliya ilə qarşılaşmada da eyni oyun sərgiləməyə köklənmişik. Aktivimizdə neçə xalın olması fərq etmir. Biz inkişafda olmalıyıq. Bu oyun pəncərəsindəki üç oyunda 9 xal qazanmaq mümkündür. Sonra isə 2 matç qalacaq. Bu üzdən 3 görüşdə mümkün qədər çox xal əldə etməliyik. Hədəfimiz də budur”.