16:31 26-08-2021
news_image
690
TOP OYUNLARI

"Biz yenidən əvvəlki qalib komanda olacağıq" - Ayşən Abduləzimova

"Avropa çempionatının bizim üçün belə nəticə ilə bitdiyinə çox təəssüflənirəm. Məlum səbəblərdən yığma komandamız istənilən oyunu göstərə bilmədi".

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova məxsusdur.

Komandamızın kapitanı yığmamızın Avropa çempionatındakı uğursuz çıxışına münasibət bildirib. O, paylaşımında tezliklə yenidən daha güclü komanda kimi meydana dönəcələrini vurğulayıb: "Bu, elə bir vəziyyətdir ki, hər komanda üzləşə bilər. Əlbəttə ki, bu, bəhanə deyil. Sadəcə yarışın bizim üçün belə bitməsini biz özümüz də istəməzdik. Qitə birinciliyində çıxış etdiyimiz bu günlərdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məğlub olmağımıza baxmayaraq, oyunların hamısını canlı izlədiniz, bizə dəstək oldunuz. Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı. Bununla belə, əminəm ki, biz yenidən əvvəlki qalib komanda olacağıq. Ardıcıl 9 dəfə Avropa çempionatında çıxış edən millimiz yenidən əvvəlki illərdəki kimi uğurlu nəticələr üçün meydana çıxacaq.
Bir daha dəstəkləriniz üçün hamınıza "çox sağ ol" deyirəm. Gözəl oyunlarımızın olacağı, qələbə və uğurlu nəticələr qazanacağımız növbəti yarışlarda görüşənədək".

Qeyd edək ki, millimiz Avropa çempionatında keçirdiyi 5 matçda cəmi 1 set qazanıb.