20:53 26-08-2021
news_image
91
FUTBOL

İlin yarımmüdafiəçisi - Nqolo Kante

Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı yarımmüdafiəçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, 2021/22 mövsümünün püşkatması zamanı açıqlanıb.

Ən yaxşı adına Nqolo Kante (Fransa, “Çelsi”) yiyələnib. O, digər iki namizəd – Jorjinyo (İtaliya, “Çelsi”) və Kevin de Breyneni (Belçika, “Mançester Siti”) qabaqlayıb.

Qeyd edək ki, tədbirdə ən yaxşı qapıçı, müdafiəçi açıqlanıb, hücumçu, futbolçu və məşqçi də müəyyənləşəcək.