23:36 26-08-2021
news_image
263
FUTBOL

Kane ilə bağlı “Olimpiakos”la danışıqlar gedir – baş məşqçi

“Əvvəl bu məsələyə qarışmırdım. Mamadu Kanenin “Olimpiakos”a keçidi bizim adımız üçün yaxşı olar”. 

Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasının pley-off mərhələsində İsrail “Makkabi”sinə (Hayfa) 0:4 hesabı ilə uduzduğu oyundan sonra mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib. 

O, futbolçusu Mamadu Kanenin Yunanıstan “Olimpiakos”una mümkün keçidinə münasibət bildirib: “İki klub arasında danışıqlar gedir. Mən baş məşqçi kimi onun qarşısını kəsə bilmərəm. Bu insafsızlıq olar. Hər bir futbolçu elə klublara can atır”.