23:53 26-08-2021
news_image
290
FUTBOL

“Qalatasaray” və “Fənərbaxça” qrupda – Avropa Liqasında

Avrokuboklarda mübarizə aparan Türkiyə klubları növbəti oyunlarını keçirib.

Apasport.az saytının məlumatına görə, qardaş ölkənin 4 klubu pley-offun cavab matçına çıxıb.

Avropa Liqasında çıxış edən İstanbul nəhəngləri qələbə ilə mərhələ keçərək qrup mərhələsinə yüksəlib. “Qalatasaray” evdə Danimarka “Randers”i üzərində əzmkar qələbəyə sevinib – 2:1. Səfərdəki 1:1 hesablı heç-heçədən sonra bu nəticə “sarı-qırmızılar”ı qrupa daşıyıb.

“Fənərbaxça” evdə bir qolla üstələdiyi HİK-i Finlandiyada darmadağın edib. İstanbul təmsilçisi səfərdə 5:2 hesabı ilə qalib gəlib.

Konfrans Liqasındakı Türkiyə klubları isə evdəki 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə darmadağınla üzləşib. “Sivasspor” Danimarkada “Kopenhagen”dən 5 cavabsız qol buraxıb. “Trabzonspor” isə “Roma” ilə İtaliyadakı matçda uduzub – 0:3.