00:37 27-08-2021
news_image
802
FUTBOL

Rəqibləri nə vaxt bilinir? - “Qarabağ” 2-ci səbətdə

“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibləri avqustun 27-də bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin qarşılaşacağı komandalar ilk dəfə keçirilən Konfrans Liqasının qrup mərhələsinin püşkatmasında müəyyənləşəcək.

Bugünkü mərasim Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Avropanın 3-cü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 32 iştirakçı komanda 8 qrupa bölünəcək.

Bu komandalardan 17-si Konfrans Liqasının əsas, 5-i Çempionlar yolunda pley-offu adlayıb. Digər 10 komanda isə Avropa Liqasında pley-offun uğursuzudur.

Püşkatma zamanı klublar reytinqinə əsasən 4 səbətə bölünəcək. “Qarabağ” 2-ci səbətdə yer alacaq.

Qeyd edək ki, qrup mərhələsinin ilk turu sentyabrın 16-da baş tutacaq.