01:23 27-08-2021
news_image
389
FUTBOL

“Qarabağ”la irəli – Azərbaycan

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.

Apasport.az saytının məlumatına görə, buna “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı qələbəsi səbəb olub.

“Aberdin” üzərində 3:1 hesablı qələbə ölkəmizin hesabına 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 2,125-ə, son 5 ilə əsasən hesablanan reytinqimiz 14,750-yə yüksəlib.

Bu, 29-cu olan Sloveniyanı keçməyə imkan verib. Balkanlıların 14,500 xalı var.

Cari mövsümə 28-ci sırada başlayan Azərbaycan 2 pilləlik geriləmədən sonra mövqeyini birini qaytarıb. Önə buraxdığımız iki ölkə - Polşa və Sloveniyadan birini yenidən keçmək mümkün olub. 29-cu olan Azərbaycan Polşadan 0,125 xal geri qalır.