01:56 27-08-2021
news_image
352
FUTBOL

“Futbolçularımız oynamağı bacarır” – Qurban Qurbanov

“Biz kifayət qədər çətin səfər etmişdik. Belə qələbədən çox razıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə Şotlandiyadakı cavab oyunundan sonra mətbuat konfransı keçirib. O, komandasının 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlməsinə münasibət bildirib: “Ab-hava gözəl, möhtəşəm idi. Azarkeşlər əla idi. Öz komandamı təbrik edirəm. Deməzdim ki, asan qələbə qazandıq. Bizim futbolçular oynamağı bacarır, matça da yaxşı hazırlaşmışdıq. Çox şadam ki, futbolçularım son saniyəyədək oynadılar. Burada əla meydan var. Burda, belə azarkeşlər qarşısında oynadığımıza xoşbəxtik. Oyunçularımın da xoşuna gəldi. Biz həmişə hücum futbolu oynamaq, yaxşı nəticə qazanmaq istəmişik”.

Qeyd edək ki, “Qarabağ” bununla da tarixində ardıcıl olmaqla 8-ci dəfə avrokuboklaırn qrupuna düşüb.