02:06 27-08-2021
news_image
628
FUTBOL

“Bəxtimiz gətirdi ki, ilk oyunda meydança yaxşı deyildi” – “Aberdin”in baş məşqçisi

“Futbolçularımız döyüşkən idilər və mübarizə apardılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Aberdin”in baş məşqçisi Stiven Qlass deyib.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a 1:3 hesabı ilə uduzan Şotlandiya təmsilçisinin çalışdırıcısı ilk oyunda daha az qol buraxdıqlarına sevindiyini gizlətməyib: “Rəqibin necə oynadığını nəzərə alsaq, bizim bəxtimiz gətirdi ki, ilk oyunda meydança yaxşı deyildi. Rəqib çox yüksək səviyyəyə malik komandadır. 2-3 futbolçunu arxada qoyub böyük qüvvə ilə hücum edirlər. Onların səviyyəsi buna imkan verir. Yaxşı futbolçulara qarşı oynamaq çox çətindir. “Qarabağ”ın 6 futbolçusu ön xətdə elə davranır ki, onlardan topu almaq asan olmur. Amma bu bizə bəraət vermir. Bizim üçün yaxşı dərs oldu. Bu, komandamızı daha da güclü edə bilər. Məğlubiyyəti unudub çempionata köklənməliyik. Belə rəqiblərlə matçlardan çox şey öyrənə bilərik”.