09:43 27-08-2021
news_image
309
FUTBOL

“İndi hətta heç normal danışa da bilmirəm” - Mahir Emreli

“Hazırda yaşadığım hissləri ifadə edə bilmirəm”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

24 yaşlı hücumçu şərəfini qoruduğu Polşa “Legiya”sının saytına açıqlama verib. O, Avropa Liqasının Çexiya “Slaviya” ilə evdəki cavab görüşü (2:1) barədə fikirlərini açıqlayıb. Dubla imza atan forvard hisslərini bölüşməkdə çətinlik çəkib: “İndi hətta heç normal danışa da bilmirəm. Çox emosional oyun oldu. Çempionlar Liqası və Avropa Liqasında əvvəllər də oynamışam. Amma bu, nə isə xüsusi bir şey idi. Bizim şansımız oldu və ondan yararlandıq. Özümü bu qələbənin “xaç atası” sayıb-saymadığımı bilmirəm. Futbol komanda oyunudur. Biz də komanda kimi oynadıq. Xoşbəxtik ki, Avropa Liqasının qrupuna düşdük. Bir-birimizə dəstək olmasaydıq bu iki qolu vurmazdıq. Güclü rəqiblərlə oynamağa öyrəşmişik. Daha yaxşı komandalarla oynamaq istəyirik. Amma heç vaxt kiminlə qarşılaşacağımız barədə düşünmürəm. Bu, vacib deyil. Böyük təcrübə toplamışıq”.